Hidrogen nəqliyyat vasitələrini hərəkətə gətirə biləcək təmiz və bərpaolunan enerji mənbəyi, su isə belə mühərriklərin tullantılarının yeganə mənbəyidir. Buna baxmayaraq, qaz şəklində hidrogen hava ilə qarışdıqda asanlıqla alovlanır. Ona görə də hidrogenin geniş tətbiq edilməsi üçün çox dəqiq və səmərəli işləyən hidrogenölçən qurğulara ehtiyac var.
Teleqraf.com xəbər verir ki, bu ali məktəbin alimləri hidrogenlə işləyən nəqliyyat vasitələrində istifadə edilmək üçün məhsuldarlıq göstəricilərinə uyğun olan ilk hidrogenölçən qurğunu təqdim ediblər. Plazmon adlanan optik hadisə əsasında işləyən yeni qurğu ətraf mühitdə hidrogenin miqdarı dəyişəndə öz rəngini dəyişir. Nəticədə qurğunun cavab müddəti artır, qaz şəklində hidrogen molekulların udulma sürəti artır. Avtomobil sənayesinin ciddi tələblərinə tamamilə uyğun olan yeni qurğu havadakı 0,1 faiz hidrogeni 1 saniyədən də az müddətdə aşkar edə bilir.
Calmers Universitetinin fizika bölməsinin əməkdaşı Ferri Nuqroxo deyib: “Bizim yaratdığımız hidrogenölçən qurğu dünyada ən sürətli qurğudur. O, sabit işləyir və aktivliyini itirmir. Hazırda mövcud olan hidrogenölçən qurğulardan fərqli olaraq bizim qurğunu tez-tez kalibrləməyə ehtiyac yoxdur”.
Hidrogenin aşkar edilməsi bir sıra səbəblərə görə çox mürəkkəb məsələdir. Bu qazın iyi yoxdur, eyni zamanda o, həddən artıq uçucu və oddan təhlükəlidir. Ən kiçik bir qığılcım zamanı alovlanan oksigen qazı yaranması üçün havada hidrogenin cəmi 4 faiz olması kifayətdir. Hidrogenlə işləyən avtomobillər və onlara aid infrastruktur təhlükəsiz olması üçün havadakı hidrogenin ən kiçik miqdarını da aşkar etmək imkanı olmalıdır. Yanğın ərəfəsində sızma hallarını vaxtında aşkar etmək üçün bu qurğular sürətlə işləməlidir.
Yüksək səmərəli hidrogenölçən qurğular avtomobilqayırma sənayesi ilə yanaşı elektrik şəbəkələrində, kimya və atom energetikasında da geniş tətbiq edilir. Bu qurğular tibbi diaqnostikanın keyfiyyətini yaxşılaşdırmağa kömək edə bilər.
Qeyd edək ki, tədqiqatçıların bu nəticələri nüfuzlu “Nature Materiales” elmi jurnalında dərc edilib.