İnformasiya təhlükəsizliyinin təmini üçün həllərin istehsalçısı olan “Check Point Software Technologies” ən aktiv kibertəhdidlərə dair yenilənmiş araşdırma dərc edib.
Teleqraf.com “ICTnews”a istinadən xəbər verir ki, aşağıdakı zərərverici proqramlar martda daha çox yayılıb: “Cryptoloot”, “XMRig” və “JSEcoin”. Bu zərərli proqramlar gizli kriptovalyuta mayninqi üçün istifadə edilir. Dünyadakı şirkətlərin 6%-i “Cryptoloot” və “XMRig”, 5%-i isə “XMRig”in hücumuna məruz qalıb.
“Coinhive” və “Authedmine” mayninq xidmətləri 2019-cu il martın 8-də fəaliyyətlərini dayandırıblar. Lakin kriptomaynerin martda yalnız 8 gün işləməsinə baxmayaraq o, ən aktiv təhdidlər arasında 6-cı yeri tutub. “Coinhive” xidməti öz aktiv fəaliyyəti zamanı dünyadakı təşkilatların 23%-nə zərər vurub.