24 Aprel 19:44
641

“Mir 24” telekanalı Cia ləqəbli azərbaycanlı fitnes model haqqında maraqlı süjet nümayiş etdirib.

Teleqraf.com xəbər verir ki, süjetdə fitnes məşqçinin iki tonluq avtomobili yerindən tərpətdiyi əks olunub.

“Kişilər qadınların güclü olmadıqlarını iddia edirlər. Mən isə onların səhv fikirdə olduqlarını sübuta yetirmək istəyirəm”, - deyə Cia bildirib.

Deyib ki, o, idman zalından daha çox fotostudiyada tər tökür:

“Mənim ən böyük arzum özümü dünyaca məşhur dərgilərin üz qabığında görməkdir”.


Müəllif: Teleqraf.com