7 May 2019 07:05
966
12 Punto 14 Punto 16 Punto 18 Punto

“YouTube” videohostinqinə ayda bir dəfə daxil olan unikal istifadəçilərin sayı 2 milyarda yaxınlaşıb.

Teleqraf.com xəbər verir ki, bir il bundan əvvəl “YouTube”un aylıq auditoriyası 1,9 milyarda bərabər idi.

Hazırda videoçarxlara baxış üzrə ümumi vaxtın 70%-dən çox hissəsi mobil qurğuların payına düşür. "Ağıllı" televizorlar sayəsində “YouTube” məzmunundan istifadə kəskin artıb. Hər gün televizorda 250 milyon saatdan çox video seyr edilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər