24 May 2019 07:25
949
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Expat Insider” təşkilatının keçirdiyi sorğuya əsasən, Estoniya dünyanın rəqəmsal baxımdan ən inkişaf etmiş ölkəsi seçilib.

Teleqraf.com xəbər verir ki, reytinqdə ikinci yeri Finlandiya, üçüncü yeri isə Norveç tutur. Bu ölkələrdə, demək olar ki, bütün xidmətlərin onlayn alternativləri var. Nağdsız ödəmələr bu ölkələrin hər bir sahəsində problemsiz işləyir.

Bu baxımdan ən zəif ölkələr isə Myanma, Çin, Misir, Hindistan, Peru, Uqanda, İndoneziya və Türkiyədir.


Müəllif: Teleqraf.com