8 İyun 2019 00:14
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin rəhbəri Si Cinpin Peterburq Beynəlxalq İqtisadi Forumu zamanı rus yazıçısı Fyodor Dostoyevskidən sitat gətirib.

Teleqraf.com-un məlumatına görə, çinli lider ətraf mühitin mühafizəsinə diqqət çəkib.

O çıxışı zamanı yazıçının "İdiot" əsərindən fikir səsləndirib:

"İnsanla təbiətin ahəng təşkil edəcəyi daha gözəl dünyanın qurulması üçün "yaşıl" inkişafı dəstəkləmək lazımdır. Rusiyalı yazıçı Dostoyevskinin dediyi kimi: "Gözəllik dünyanı xilas edəcək!"

Qeyd edək ki, iyunun 6-da başlayan Peterburq Beynəlxalq İqtisadi Forumu iyunun 8-dək davam edəcək.


Müəllif: Teleqraf.com