Çin 2020-ci ildə Marsa ilk tədqiqat missiyasını göndərməyi planlaşdırır.
Teleqraf.com xəbər verir ki, artıq alimlər kosmik aparat üzərində bütün işləri bitiriblər. Bu haqda Çinin "Global Times" nəşri yazıb.
5-7 iyul tarixlərində Jiçjao (Şandun əyaləti) şəhərində keçirilmiş peyk və kosmos üzrə konfransda hazırlanmış kosmik aparat haqda məlumat verilib. Sözügedən aparatın əsas vəzifəsi planetdə həyat əlamətləri axtarmaqdan ibarətdir. Həmin aparat Marsda atmosferi, landşaft, geoloji və maqnit xüsusiyyətlərini araşdıracaq.
Bundan başqa missiya zamanı, həmçinin insanın Mars planetinə uyğunlaşıb yaşaya bilməsi potensialı qiymətləndiriləcək.