10 İyul 2019 22:15
3 670
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə ay öncə Birləşmiş Ərəb Əmirliklərindən qaçan Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid əl-Məktumun həyat yoldaşı, şahzadə Haya Almaniyadan sığınacaq istəmişdi.

Teleqraf.com xəbər verir ki, ingilis mediası şahzadə haqda şok yaradan məlumat yayıb.

Məlumata görə, ölkədən qaçan Dubay əmirinin arvadı Haya ingilis cangüdəni ilə eşq yaşayıb: “Şahzadə və cangüdəni arasındakı sevgi əlaqəsini 69 yaşlı Şeyx Məhəmməd üzə çıxarıb. Bundan sonra həyati təhlükə qarşısında qalan Haya özünü xilas etmək üçün Dubaydan Almaniyaya qaçıb”.

Şahzadənin hazırda Londonda gizləndiyi və həyati təhlükə qarşısında qaldığı bildirilib.

Hayanın sevgili olduğu mühafizəçisinin mərkəzi Londonda yerləşən “UK Mission Enterprise Limited” adlı təhlükəsizlik şirkətinin əməkdaşı olduğu iddia edilib. Şahzadənin cangüdəninə bahalı hədiyyələr aldığı deyilir. Məlumata görə, o, indi Londonda 85 milyon sterlinqə satın aldığı malikanədə qardaşı ilə birlikdə yaşayır.

Hayanın cangüdəni ilə evlənmək istədiyi, lakin bu evliliyin baş tutması üçün həyat yoldaşından pula ala bilməyəcəyindən qorxduğu bildirilib. İordaniya kralı Abdullahın da, ögey bacısı Hayanın xəyanətindən xəbərdar olduğu iddia olunub.

İngilis mediası isə başqa bir şok həqiqətin üstünü açıb. İddiaya görə, şeyx və şahzadənin 2012-ci ildə doğulan oğlu Zayed əslində Hayanın keçmiş sevgilisindəndir. Digər yandan, Şeyx Məhəmmədin İngiltərədəki arvadını məhkəməyə verdiyi məlum olub. İyulun 30-da cütlük London məhkəməsində övladlarının vəkaləti üçün məhkəmədə üz-üzə gələcək.

Qeyd edək ki, bu ailədən qaçan ilk şahzadə Haya deyil. Şeyk Məktumun digər həyat yoldaşı Lətifə keçən il BƏƏ-dən gəmi ilə qaçmışdı. Lakin gəmi Hindistan yaxınlığında ələ keçirilmişdi. Dubaya aparılan şahzadə Lətifədən bird aha xəbər olmadı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər