Böyük Britaniyanın Baş naziri Tereza Mey ABBA qrupunun “Dancing Queen” kompoziyasının sədaları altında rəqs edib.
Teleqraf.com xəbər verir ki, T.Meyin rəqs görüntüləri ötən istirahət günlərində London yaxınlığında keçirilmiş Henli musiqi festivalında çəkilib.
Baş nazir “Mamma Mia”, “Take A Chance” və “Money Money Money” mahnılarına oynayıb. Musiqiləri Avstraliyanın “Bjorn Again” kollektivi ifa edib.