18 İyul 2019 07:05
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Cənubi Uels hakimiyyəti Kofs-Harbor şəhərində sürücüsüz ictimai nəqliyyatın real şəraitdə fəaliyyət göstərməsi üçün "BusBot" proqramının ikinci sınaq mərhələsini işə salıb. “EasyMile” şirkətinin “EZ10” modelinin robot şattları ilk öncə liman boyunca istirahət edənləri daşıyırdı, amma bundan sonra onlar “Marian Grove Retirement Village” kənd-sanatoriyasında yaşlıları daşıyacaqlar.

Teleqraf.com “ICTnews”a istinadən xəbər verir ki, “Via” ictimai nəqliyyat xidməti tərəfindən smartfon üçün hazırlanmış sadə proqram vasitəsilə sürücüsüz avtobus çağırmaq mümkündür. Lakin bu, şəxsi taksi deyil, buna görə proqramda göstərilmiş avtobus dayanacağına getmək lazımdır. Yalnız kənd ərazisində hərəkət edən avtobusa minmə və düşmə dayanacaqlarda həyata keçirilir.

“BusBot” konsepsiyası, həmçinin sürücüsüz nəqliyyat vasitəsinin kollektiv, ictimai xidmət göstərdiyini nəzərdə tutur. Bu səbəbdən tək getmək alınmayacaq, sistem boş yerlərin mövcudluğunu izləyir, bütün sərnişinləri qısa müddətə daşımaq üçün hərəkət marşrutu qurur.

Sürücüsüz avtobusun ikinci sınaq mərhələsi təxminən 22 həftə davam edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər