31 İyul 2019 08:05
887
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Xiaomi” şirkəti ona məxsus “Mijia” brendi ilə birgə mobil proqram vasitəsilə idarə olunan "ağıllı" mikrodalğalı soba istehsal edib.

Teleqraf.com xəbər verir ki, Çində 399 yuan dəyərində yeni soba avqustun 1-dən satışa çıxarılacaq.

Mikrodalğalı sobanın həcmi 20 litrdir. Cihazı “Wi-Fi” (802.11 b/g/n, 2,4 QHs) simsiz şəbəkəsinə qoşmaq və səsli əmrlərin köməyi ilə idarə etmək olar. Mobil proqramda yeni reseptlərə baxmaq, temperaturu təyin etmək və “Mijia Microwave Oven” cihazının müxtəlif funksiyalarını idarə etmək olar.

“Mijia” mikrodalğalı sobasının ön tərəfində displey, vaxt və gücü tənzimləmək üçün fırlanan düymə, həmçinin 26 iş rejimini sazlamaq üçün 2 sensor düymə mövcuddur. Sobanın daxilində “Toshiba” şirkətinin istehsalı olan 700 vatt gücündə maqnetron quraşdırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər