7 Avqust 2019 09:19
2 268
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsan üzünün rekonstruksiyasında mütəxəssisləşmiş isveçli arxeoloq və heykəltaraş Oskar Nilsson bir əsərin ərsəyə gəlməsinə 200 saat vaxt sərf edir. O, əsərlərini əsasən orijinal skelet qalıntıları əsasında hazırlayır.

Teleqraf.com xəbər verir ki, Nilssonun 1996-cı ildə qurduğu “O.D” adlı şirkəti ayrı-ayrı ölkələrdəki muzeylərlə əməkdaşlıq edərək arxeoloji qazıntılar zamanı tapılan sekletləri bərpa etməklə məşğuldur.

Min illər əvvəl yaşamış insanları yenidən canlandıran sənətkarın bəzi əsərlərini təqdim edirik.

1. Uarmey kraliçası

2012-ci ildə Peruda bir polşalı arxeoloq tərəfindən bir məzar tapıldı. Hind-Vari mədəniyyətinə (İnk İmperiyası) aid olan məzar elm dünyası üçün böyük bir tapıntı idi, çünki içindəki zinyət əşayları yerindəydi. Türbədə ayrı-ayrı yaşlarda olan 58 əsilzadə qadının qalıntıları tapıldı. Xüsusilə, Uarmey kraliçası adlandırılan qadın digər həmscinslərindən fərqli olaraq, daha dəbdəbəli formada dəfn edilmişdi.

2. Təxminən 5500 il əvvəl Daş dövründə yaşamış gənc qadın

Bu qız 20 yaşında ölüb və bir uşaqla dəfn edilib. Ehtimal edilir ki, onun ölümünə bu doğum səbəb olub. DNA-sı yaxşı qorunmasa da, bu tapıntıdan o dönəmdə Briqtonda (Böyük Britaniya) yaşayan insanların ağdərili olmadığı deyilə bilər. Onların dəri rəngi Şimali Afrikadakı modern insanlara uyğun gəlir.

3. Estrid Siqfastsdotter

Onun XI əsrdə yaşamış Estrid Siqfastdotter olduğu ehtimal edilir. İngiltərənin Stokholm şəhəri yaxınlığında yaşayan zəngin bir qadın olub, təxminən 80 yaşında ölüb. Qadının görüşü Bizansda ölən ərinin şərəfinə qurulan məbəd yaxınlığında tapılan qalıntılar əsasında rekonstruksiya edilib.

4. Adelasius Elbaxus

VIII əsrdə yaşayan isveçrəli gənc və yaraşıqlı kişi araşdırmaçılar tərəfindən Adelazi Elbaxusom (Adelasius Ebaxus) adlandırıldı. Skeleti onun xaroniki infeksiyadan öldüyü ehtimalını yaradır. Lakin buna baxmayaraq, o dönəmdə nadir rast gəlinən sağlam dişlərə sahibdir, bu səbəbdən də gülümsəyir.

5. Vikinq

İsveçli vikinq kimi tanınan bu adamın XI əsrin əvvəllərində yaşadığı deyilir. Vikinq görüntüsünün yenidən bərpası üçün lazım olan miqdarda DNA qalıntısı vardı. Həmin şəxsin 45 yaşında öldüyü bildirilir.

6. Neandertal qadın

Bu qadın təxminən 45-50 min il əvvəl yaşayıb, qalıntısı 1848-ci ildə Cəbəllütariqdə aparılan qazıntı zamanı aşkar olunub.

7. İbtidai neolitik

Skelet üzərində aparılan araşdırmaya görə bu, təxminən 5.500 il əvvəl doğulan, 25-40 yaş arası bir kişiyə məxsusdur.

8. 9 min il əvvəl yaşamış insanın üzü

Öldüyü zaman təxminən 45 yaşındaydı. Sümükləri onun çox güclü adam olduğunu göstərir.

9. Saksoniya dönəmində İngiltərədə yaşayan bir qadın

7000 il əvvəl yaşayan Avgi 18 yaşında olub. Modern Yunanıstanın yerləşdiyi indiki ərazilərdə doğulub. Kənd təsərrüfatı və ilkin ticarət texnologiyalar inqilabına şahidlik edib.

10. Birger Jarl

İsveç hökmdarı 1248-ci ildən 1266-cı ilədək – ölümünə qədər İsveçin Vastergötland şəhərində yaşayıb.

11. Dəmir dövründə Britanyada yaşayan kişi

Sümükləri təxminən 2.400 il əvvəl yaşadığını göstərir. Həmin dövrdəki bir çox insan kimi 24-31 yaşlarında ölüb.

12. Orta əsrlərdə İsveçdə yaşayan bir qadın

Qalıntıları ağır fiziki işlərlə məşğul olduğunu, 25-35 yaşlarında öldüyü ehtimalını yaradır.

13. Tunc dövründə - təxminən 3.700 il əvvəl yaşayan insan

Araşdırmanın nəticəsi onun e.ə 1470-1630-cu illər aralığında yaşadığını göstərir. Ehtimala görə, qollarından şikəst olub.

14. Rumın-ingilis əsilli insan

Bu insanın skeleti onun yaxşı qidalanmadığı ehtimalını yaradır. Sümüklərində dəmir əksikliyi aşkar olunan insan təxminən 25-35 yaşlarında ölüb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər