7 Avqust 2019 18:21
850
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən çox səyahət edən xalqı ingilislərdir.

Teleqraf.com xəbər verir ki, bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) hesabatında deyilir.

Assosiasiyanın məlumatına görə, 2018-ci ildə Böyük Britaniyanın 126 milyona yaxın vətəndaşı (bütün dünya üzrə sərnişinlərin 8,6 faizi) təyyarə ilə xarici səfərə çıxıb. Amerikalılar ikinci yerdədir – 2018-ci ildə təxminən 115 milyon ABŞ sakini (bütün dünya üzrə sərnişinlərin 7,6 faizi) hava yolu ilə səyahət edib.

Üçüncü yerdə çinlilər (97 milyon səyyah, bütün dünya üzrə sərnişinlərin 6,6 faizi), dördüncü yerdə almanlar (94 milyon səyyah, bütün dünya üzrə sərnişinlərin 6,4 faizi), beşinci yerdə fransızlar (60 milyon səyyah, bütün dünya üzrə sərnişinlərin 4,1 faizi) qərarlaşıb.

Qeyd edək ki, mart ayında “Henley & Partners” beynəlxalq agentliyi səyahət etmək üçün ən uyğun pasportların yenilənmiş indeksini (vətəndaşlarının viza olmadan digər ölkələrə gələ biləcəyi ölkələrin reytinqi) dərc edib. Reytinqin liderləri Yaponiya, Sinqapur və Cənubi Koreya oldu. Bu ölkələrin vətəndaşları 189 ölkəyə vizasız giriş edə bilirlər.


Müəllif: Səxavət

Oxşar xəbərlər