13 Avqust 2019 08:44
557
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyalı astronavt Luka Parmitano ilk "kosmik DJ"olacaq: o, Yer orbitində elektron musiqi həvəskarları qarşısında çıxış edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Avropa Kosmik Agentliyinə (EKA) istinadən "RİA Novosti" agentliyi bildirib.

Konsert bu gün - avqustun 13-də silsilə "BigCityBeats World Club Dome Cruise Edition" çərçivəsində baş tutacaq. Astronavt Beynəlxalq Kosmik stansiyada "Columbus"modulundan çıxış edəcək.

Luka Parmitano Beynəlxalq Kosmik Stansiyaya iyulun 20-də kosmik gəmidə rusiyalıAleksandr Skvortsov və amerikalı Endryu Morqanla birlikdə yola düşüb. Bu, italyanın kosmosa artıq ikinci uçuşudur.

Daha əvvəl Amerika astronavtları günəş panelləri akkumulyatorlarının yenisi ilə əvəzlənməsi üçün Beynəlxalq Kosmik Stansiyanın göyərtəsindən fəzaya çıxışı başa çatdırıblar.


Müəllif: Mənbə/Report