Bolqarıstan çempionatının son turunda keçirilən “Ludoqorets” – “Slaviya” matçında kuryoz hadisə yaşanıb.
Teleqraf.com xəbər verir ki, matçın 79-cu dəqiqəsində meydan sahiblərinin futbolçusu Vanderson hesabı açıb və qol sevincini tribunadan matçı izləyən həyat yoldaşını öpərək qeyd edib.
Ancaq braziliyalı yarımmüdafiəçi meydana qayıdarkən baş hakimin qolu qeydə almadığını və oyunun davam etdiyini görüb. Sonradan epizodun təkrarına baxdıqda isə qolun qaydalar çərçivəsində vurulduğu məlum olub. Bolqarıstan çempionatında VAR sistemi olmadığından bu qol qeydə alınmayıb və oyun 0:0 hesabı ilə başa çatıb.
Sözügedən epizoda 4:40-cı dəqiqədən baxa bilərsiniz.
/Qol.az/