13 Oktyabr 2019 08:35
2 445
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yavaş yerimək beyinin vaxtından əvvəl qocalması ilə əlaqədardır.

Teleqraf.com xəbər verir ki, bunu Şimali Karolinadakı Duke Universitetinin tədqiqatçıları aşkara çıxarıb. Elmi tədqiqatın nəticələri “JAMA” elmi jurnalında dərc olunub.

Tədqiqatda Yeni Zelandiyanın yaşı 45-dən çox olan yüzlərlə sakini iştirak edib.

Təcrübə iştirakçılarının bütün həyatı boyu məlumatlarının toplanması erkən yaşlarında aşağı zəka əmsalı və zəif dil qabiliyyəti olanların orta yaşlarda yavaş gəzməyə meyilli olduqlarını aşkar etməyə imkan verib.

Bundan əlavə təcrübə iştirakçılarının maqnit rezonans tomoqrafiyası yavaş hərəkət edənlərin beyninin həcminin daha az və beyin qabığının sıxlığının daha aşağı olduğunu göstərib. Onlarda həmçinin, kiçik damar xəstəliyinin əlamətləri də özünü büruzə verib. Elm adamları vurğulayır ki, bütün bunlar beynin erkən yaşlanmasına dəlalət edir.

Bundan əlavə, tədqiqatçılar səkkiz nəfərdən ibarət qrupdan fotodakı test iştirakçılarının yaşını qiymətləndirmələrini istəyiblər. Nəticədə zahirən “yavaş gəzənlər” sürətli gəzənlərdən daha yaşlı görünüblər.


Müəllif: Səxavət