18 Oktyabr 2019 09:14
1 640
12 Punto 14 Punto 16 Punto 18 Punto

“National Geographic” jurnalının oktyabr sayında dərc olunmuş "Qadınlar: Dəyişiklik əsri” başlıqlı yazıda zərif cinsin yaşaması üçün ən yaxşı və ən pis ölkələrin siyahısı açıqlanıb.

Qadın, Sülh və Təhlükəsizlik, həmçinin Oslo Sülh Araşdırmaları institutlarının birlikdə tədqiqatı nəticəsində 167 ölkə yaxşıdan pisə doğru sıralanıb.

Teleqraf.com həmin ölkələrin onluğunu təqdim edir.

Qadınlar üçün ən yaxşı 10 ölkə bunlardır:
1. Norveç
2. İsveçrə və Finlandiya
3. Danimarka
4. İslandiya
5. Avstriya
6. Birləşmiş Krallıq
7. Lüksemburq
8. İsveç və Hollandiya

Araşdırmalar nəticəsində məlum olub ki, 379 milyondan çox qadın ailədə şiddətdən əziyyət çəkir.

Qadınlar üçün ən pis hesab olan 10 ölkə:

1. Yəmən
2. Əfqanıstan
3. Suriya
4. Pakistan
5. Cənubi Sudan
6. İraq
7. Demokratik Konqo Respublikası
8. Mərkəzi Afrika Respublikası
9. Mali
10. Liviya

Hətta Ermənistanın da adı çəkilən siyahıda Azərbaycan yer almayıb. Moldova, Türkmənistan, Ermənistan , İran kimi ölkələrdə son zamanlar qadınların təhsil alması sahəsində inkişaf, onların idarəetmə orqanlarında təmsilçiliyi qeyd edilib.


Müəllif: Dəniz Pənahova