Rusiyada yaşayan azərbaycanlı milyarder Araz Ağalarov yeni biznesə başlayıb.
Teleqraf.com xəbər verir ki, iş adamının “Krokus” şirkəti “Lotofish” adlı balıqçılıq şirkəti təsis edib. Müəssisənin əsas fəaliyyəti sənaye üsulu ilə şirin su hövzələrində balıq yetişdirmək olacaq. Şirkətin səhmlərinin 90%-i “Crocus Group”a, 10%-i isə “Lotofish”in baş direktoru Valeryan Çikovaniyə məxsusdur.