5 Noyabr 2019 09:23
1 496
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir qorxu filmi bədəndə ya müsbət dəyişikliyə səbəb olur, ya da həyat boyu narahatlıq yaradan problemin yaranmasına yol açır. 20-26 yaş arasında səhhətində heç bir problem olmayan 32 nəfərdən bir otaqda “Texas qətliamı” filminə baxması istənilib. Filmi izləyənlərdə bədənə daxil olan mikroblara qarşı ağ qan hüceyrələrinin (leykosit) aktivləşdiyi mühaşidə edilib.

Teleqraf.com xəbər verir ki, elm adamları qorxu filmlərinin, eyni zamanda artıq çəkidən xilas olmğa da kömək etdiyini bildirib.

Mütəxəssislərə görə, qorxu filmlərinə bu qədər maraq göstərməyimizin səbəbi ehtimal olunan fəlakətlərə qarşı hazırlıqlı olmaqdır.

Qorxu və diksinmə hisslərinin insanları müdafiə etdiyi ehtimal edilir. Lakin qorxu hissindən məhrum olan insanlar var ki, bu da hansısa bir xəstəliyin simpomu ola bilər.

Bəs qorxu filmi izlədikdən sonra sizdən fərqli qoxu gəldiyini bilirdiniz?

Vyanada bir kinoteatrda “Candman” filmini izləyənlərin oturduqları kreslolar silinib. Bununla qorxu filmi izləyənlərdən fərqli qoxuların gəldiyi təsbit edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər