Çukot muxtar dairəsi Rusiyanın kişlilərin qadınlardan daha çox olduğu yeganə bölgəsidir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Rossiyskaya qazeta” Rusiya Dövlət Federal Statistika Xidmətinə istinadən xəbər yayıb.
Bununla belə burada kişi əhalinin üstünlüyü minimaldır – 49,89 faiz qadınlarla müqayisədə 50,11 faiz.
Kişilərin sayının demək olar ki, qadınların sayına bərabər olduğu bölgələr Yamal-Nen muxtar dairəsi (49,57 faiz), Kamçatka diyarı (49,57 faiz), Çeçenistan (49,06 faiz) və Xantı-Mansiysk muxtar dairəsidir (49 faiz).
Digər bölgələrdə kişi və qadın əhali arasındakı fərq beş faizdən çoxdur. Ən az kişi Novqorod vilayətində (44,88 faiz), Sankt-Peterburqda (44,86 faiz), Tula vilayətində (44,83 faiz), İnquşetiyada (44,74 faiz), İvanovo (44,69 faiz) və Yaroslavl vilayətlərində (44,65 faiz) yaşayır.