13 Noyabr 2019 09:14
1 515
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsan hər şeylə maraqlanan varlıqdır. Əslində maraqlanmaq gözəl şeydir, çünki bunun insanı öyrədən tərəfləri də var. Xüsusən də dünyanın ilklərindən söhbət gedirsə, məsələ bir qədər də maraqlı olur.

Teleqraf.com dünyanın ilk tarixi hadisələri ilə bağlı məlumatları təqdim edir.

İlk saqqızı 1848-ci ildə Con Kurtiz evindəki sobanın üstündə hazırladı və “şəkərli qaymaq”, “ən böyük və ən gözəl, “ağ dağ” kimi adlarla satdı.

Dünyadakı ilk yanğınsöndürən cihazı 1734-cü ildə alman fizikaçı M. Füçez tərəfindən icad edilib.

İlk cizgi film ABŞ-da Ceyms Stüart Blakton tərəfindən çəkilən “Humerous Phases of Funny Faces” adlı cizgi filmidir.

Velosiped ilk dəfə 1839-cu ildə İngiltərənin Kortill qəsəbəsində yaşayan dəmirçi Kirkpatrik Makmillan tərəfindən hazırlanıb.

Bu gün istifadə etdiyimiz qələmi 1938-ci ildə macar heykəltaraş və jurnalisti Lasalo Biro tapıb.

Elektrik lampaları ilə işıqlandıran ilk prospekt 1857-ci ildə Fransanın Lion şəhərindəki İmperial prospekti olub.

Dünyanın ilk stüardessası əsl peşəsi tibb bacısı olan Elen Çurçdur.

Adına ilk bank çeki yazılmış şəxs ingilis Nikolas Vanakerdir. O, bu çek vasitəsilə 1659-cu il aprelin 22-də Londondakı bankdan 10 funt alıb.

Xəstəxanada insana ilk qanköçürmə 1825-ci ildə Londonda həyata keçirilib.

Qadınlar üçün ilk çimərlik geyimi (bikini) 1946-cı il iyunun 5-də Parisdə bir sərgidə nümayiş olunub.

Bacısını öldürməkdə ittiham olunan amerikalı Uilyam Kemmler 1890-cı ildə elektrikli stolla edam olunan ilk şəxsdir.

Kino tarixində ilk açıq-saçıq səhnəni (“Tanrıların qızı”) 1915-ci ildə avstraliyalı aktrisa Annetta Kellerman oynayıb.

İlk foto 1827-ci ildə Fransada Jozef Nikpur Nips tərəfindən çəkilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər