Cənubi Afrikada çəkisi 20,08 karat olan emal olunmamış nadir mavi almaz 14,9 milyon dollara satılıb.
Teleqraf.com xəbər verir ki, almazın hasil edildiyi “Petra Diamonds Cullinan” adlı şaxtanın baş direktoru Riçard Daffi almazın satış qiymətindən çox razı olduğunu bildirib: "Bu razılaşma mavi almazların dəyərini izah edir”.
Məhz həmin şaxtada 1905-ci ildə dünyanın ən böyük almazı (3106 karat – 621,35 qr) hasil edilib. Vaxtilə həmin almaz Britaniya monarxı VII Eduarda göndərilib.
Sonuncu mavi almazın alıcısının adı isə hələlik açıqlanmır.