28 Noyabr 2019 08:37
642
12 Punto 14 Punto 16 Punto 18 Punto

6 aydan çox müddətdə "Tvitter" sosial şəbəkəsinə daxil olmayan istifadəçilərin hesabı deaktiv ediləcək.

Teleqraf.com xəbər verir ki, aktiv olmayan profillərin bağlanması şirkətin siyasətinə və istifadəçi razılaşmasına zidd deyil.

"Tvitter" yeni istifadəçilərin qeydiyyat zamanı aktiv olmayan hesabların bağlanması nəticəsində boş qalmış nikneymlərdən istifadə etməsi ilə bağlı məlumat verməyib. Sosial şəbəkənin nümayəndəsi bildirib ki, "təmizləmə" uzunmüddətli proses olacaq. Həmçinin dünyasını dəyişmiş istifadəçilərin hesabları silinəcək.


Müəllif: Teleqraf.com