1 Dekabr 2019 08:05
919
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya arxeoloqları Troitsa-Serqiev monastrında qazıntılar zamanı yerli sakinlərin16-cı əsrdə yemək bişirdikləri sobaları aşkar ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Arxeologiya İnstitutu məlumat yayıb.

Qeyd edək ki, bu sobalar kərpicdən hazırlanıb. Həyətdə quraşdırılan sobalar Smolensk kilsəsindən bir qədər aralıda 16-cı əsrə aid mədəni qatda tapılıb. Troitsa-Serqiev monastrının arxivindəki yazılara əsasən, 15-16-cı əsrlərdə bu ərazidə monastrın mətbəxi yerləşirdi.


Müəllif: Nahid