2 Dekabr 2019 01:37
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanadada 17,6 milyon Kanada dolları (13,2 milyon ABŞ dolları) məbləğində "49-dan 6" milli lotereyasının cekpotu oynanılıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə "OLG" şirkətinin nümayəndələri bildirib.

Təşkilatçılar bildiriblər: "Düşən nömrələr 1, 8, 18, 24, 30 və 45-dir. Bonus nömrəsi 13-dür".

Hazırda məlumdur ki, şanslı bilet Ontario vilayətində satılıb.

Bundan əlavə, 1 milyon dollar (760 min dollar) məbləğində təsəlli edici mükafat da oynanılıb.

Həmin mükafatı Britaniya Kolumbiya vilayətinin sakini qazanıb.


Müəllif: Teleqraf.com