4 Dekabr 2019 09:14
1 478
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pişiklər üçün robot oyuncaqlar istehsal edilib.

Teleqraf.com xəbər verir ki, robot pişiyin oynaması üçün quyruq, papaq və lələk kimi xüsusiyyətlərə sahibdir.

Robot oyuncaq rəqəmsal gözlərlə digital üz ifadələri də düzəldə bilər.

Qiyməti 158 funt sterlinq olan oyuncağa “Ebo” adı verilib.

Fırlanan, rəqs edən, lazer işıqları olan oyuncaq smartfon tərəfindən idarə olunur.

Oyuncaq pişiklərin yerdəki sərt hərəkətlərinə qarşı xüsusi silikon qoruyucu təbəqəyə malikdir.


Müəllif: Aysel Azad