10 Dekabr 2019 09:54
2 431
12 Punto 14 Punto 16 Punto 18 Punto

Texnologiyanın ən çox hiss olunduğu sahələrdən biri olan tibdə yeniliklər sürətlə davam edir.

Teleqraf.com xəbər verir ki, görülən işlər çərçivəsində beyinə bağlanan implantlarla göndərilmiş elektrik siqnalları yaddaşın yüzdə 15-20 faiz artdığını sübut edib.

Bu inkişaf yaxınlarda səhiyyə sektoruna milyardlarla dollar investisiya və gəlir deməkdir.

Elm adamları parkinson və altsheymer xəstələrinin müalicəsi üçün inkişaf etdirdikləri beyin implantlarının depressiya, asılılıq, autizm, epilepsiya və danışıq pozğunluqları kimi xəstəliklərə də çarə olacağını kəşf ediblər.

Həmçinin əsl sinir hüceyrələri rolunu oynayan süni sinir hüceyrələri hazırlanıb. Bu, onurğa beyni zədələri və altsheymer yaxın gələcəkdə müalicəsi üçün istifadə oluna bilər.


Müəllif: Aysel Azad