13 Dekabr 2019 08:00
924
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın “Garmin” naviqasiya sistemləri istehsalçısı istənilən şəxsə təyyarəni endirməyə kömək edəcək texnologiya hazırlayıb.

Teleqraf.com “ICTnews”a istinadən xəbər verir ki, "Autoland” adlandırılmış yeni sistem kritik vəziyyətlərdə əlçatan olacaq. İstehsalçının sözlərinə görə, yeni hazırlama aviasiya sənayesini tamamilə dəyişəcək. Məsələn, adi bir sərnişin enmə zamanı pilotu əvəz edə biləcək. Bunun üçün sistemi işə salan bir düyməyə sıxmaq lazımdır.

Yeni texnologiya təyyarənin və 200 dəniz mili radiusundakı ən yaxın aeroportun yerini avtomatik müəyyənləşdirəcək.

Yeni naviqasiya sistemi, həmçinin yanacağın səviyyəsini, hava şəraitini və uçuşun müddətinə təsir göstərəcək başqa amilləri müəyyənləşdirəcək.


Müəllif: Teleqraf.com