13 Dekabr 2019 23:44
631
12 Punto 14 Punto 16 Punto 18 Punto

Microsoft” şirkəti “Vindows”un yeni dizayn-konsepsiyasını təqdim edib.

Yeni loqotiplər arasında social şəbəkə istifadəçiləri əməliyyat sisteminin yeni loqosunu da görə biliblər.

“Microsoft Design”ın yeni təqdimatında onlarla yeni loqotiplər var. Onların içində “Word”, “Excel”, “Power Point” və başqaları da var. Yeni konsepsiyaya görə, loqotiplər səthi deyil, həcmli görünüşə malikdirlər.

Şirkət əməliyyat sisteminin loqotipinə xüsusi vurğu ilə yanaşmasa da, diqqətli istifadəçilər onu müşahidə edə biliblər. Görüntüyə görə, seqmentləri bir-birindən ayıran ağ rəngli xaç indi mərkəzdə yox, küncdə yerləşir.

Şirkətin fikrincə yeni görünüşünə görə hazırda əməliyyat sistemi daha dinamik görünür.

Hələlik yeni dizaynın nə vaxt istifadəyə veriləcəyi məlum deyil. Ekspertlər bunun 2020-ci ildə ola biləcəyini ehtimal edirlər.


Müəllif: Teleqraf.com