21 Dekabr 2019 15:54
1 572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Katoliklərin milad günü yaxınlaşdıqca Qüds ravvinliyindən gələn yeni bir göstəriş – otellərdə milad ağacları quraşdırılmasına qadağa qoyulması otel sahiblərinin əl-qolunu bağlayıb.

Teleqraf.com xəbər verir ki, direktivdə ravvinlik binalarını milad yolkaları (küknar ağacı) ilə bəzəməyi üstün tutan otellərin sertifikatlarını ləğv etmək hüququna malik olduğunu bəyan edib.

Ravvinlikdən paytaxtın otellərinə göndərilən məktubda yazılır: “Təqvim ilinin sonu yaxınlaşdıqca biz Halaxo tərəfindən otellərdə küknar ağaclarının quraşdırılmasına icazə verilmədiyini, buna görə də onların otellərdə yerləşdirilməsinin mümkünsüzlüyünü bildirmək istəyirik. Bundan əlavə, yeni ili qeyd etmək məqsədilə axşam məclisləri təşkil edilməməsi daha yaxşı olardı”.

Noyabrın 7-də Qüds ravvinliyi direktivi qəbul etsə də, məktub bu həftə faksla otellərə çatıb.

Məktuba cavab olaraq İsrail Otellər Birliyinin baş direktoru Noaz Bar Nir qeyd edib ki, 2014-cü ildə Baş Ravvinlik otellərdəki kaşrut prosedurlarını dəyişdirib.

İsrailin Turizm Nazirliyi isə bəyan edib ki, milad bayramı və yeni il üçün İsrailə gələn xristian turistləri qəbul edən otellərdə milad ağaclarının quraşdırılması qərarını hər otel müstəqil surətdə qəbul edir.


Müəllif: Səxavət