22 Dekabr 2019 00:58
1 184
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın böyük turizm səyahət gəmiləri toqquşub.

Teleqraf.com xəbər verir ki, hadisə Meksikanın cənnət adalarından biri sayılan Kozumeldə baş verib.

Əslində minlərlə insanın ölümünə səbəb olan fəlakət baş verə bilərmiş.

Məlumata görə, səhər saatlarında və güclü küləyin müşahidə olunduğu bir anda ada limanına yaxınlaşmaq istəyən “Karnival Glory” adlı səyahət gəmisi limanda dayanan “Karnival Cruise” adlı gəmiyə dəyib.

“Karnival Cruise” gəmisinin arxa hissəsindən zərbə alıb. Cəmi 6 nəfər yaralanıb və gəmilərdə təmir başlanıb.


Müəllif: Cavad