22 Dekabr 2019 08:35
1 160
12 Punto 14 Punto 16 Punto 18 Punto

Facebook sosial şəbəkəsi öz əməliyyat sistemini hazırlayır.

Teleqraf.com xəbər verir ki, bu barədə The Information xəbər yayıb.

Xəbərə görə, Facebook-un bu addımda məqsədi Google-a məxsus Android-dən asılılığı azaltmaqdır. Nəşrin yazdığına görə, Facebook əməliyyat sistemini hazırlayan qrupa Mark Lukovskiy başçılıq edir. Qrupda həmşinin Microsoft-un keçmiş əməkdaşı, Windows NT əməliyyat sisteminin müəlliflərindən biri də təmsil olunur.

Jurnalistlərin fikrincə, Facebook bu məsələdə öz əməliyyat sistemi olam Apple-dən nümunə götürür.


Müəllif: Nahid