25 Dekabr 2019 08:00
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

“The Verge” nəşri son onilliyin ən uğursuz texnoloji həllərinin reytinqini tərtib edib. “Samsung Galaxy Note 7” smartfonu ən uğursuz həll adlandırılıb.

Teleqraf.com “ICTnews”a istinadən xəbər verir ki, jurnalistlər bildiriblər ki, 2016-cı ilin qabaqcıl cihazı alışma ilə bağlı xəbərlər yayılmazdan öncə bazarda ən yaxşı smartfonlardan biri adlandırılırdı. Sözügedən smartfonun təqdimatından bir ay sonra ən azı 35 alışma hadisəsi qeydə alınıb. Nəticədə “Samsung” şirkəti akkumulyatorda problem olduğunu etiraf edərək bütün “Galaxy Note 7” partiyasını geri çağırmalı olmuşdu.

İlk onluğa Cənubi Koreya şirkətinin aparatından başqa, “Windows Phone” platforması, “Google Glass” eynəyi, “Amazon Fire” telefonu, 3D ekranlı televizorlar, “Google Hangouts” ani mesajlaşma proqram təminatı və aktual “MacBook” noutbuklarının problemli klaviaturası daxil edilib.


Müəllif: Teleqraf.com