Türkiyənin “Netflix”dəki ikinci serialı olan “Atiye” ilə gündəmdə olan Beren Saat platformada daha bir layihədə iştirak edib.
Teleqraf.com xəbər verir ki, Sənətçi bu dəfə “Netflix”də yayımlanan sənədli filmi səsləndirib. “Dünyada gecə” adlı filmdən görüntüləri İnstaqramda paylaşan B.Saat izləyicilərdən və həmkarlarından dəstək görüb.
Qeyd edək ki, hazırda “Atiye” serialının çəkilişləri də davam etdirilir. Berenə 3 və 4-cü mövsümlər üçün təklif gəlsə də, o, müqaviləni uzatmaq istəməyib.