ABŞ-da maraqlı hadisə baş verib.
Teleqraf.com xəbər verir ki, 1957-ci ildə itən çanta Ohayoda "North Canton" adlı bir məktəbdə tapılıb.
Məktəbdə mühafizəçi işləyən Ças Payli keçən il təmir işləri zamanı bir çantanın şkafın arxasına qoyulduğunu görüb. Məktəb idarə heyəti içindəkilərə baxdıqdan sonra çantanın məktəbin keçmiş şagirdi Patti Rumfolaya aid olduğu üzə çıxıb.
Daha sonra məktəb çantanı geri vermək üçün 2013-cü ildə həyatını itirən Rumfolanın uşaqları ilə əlaqə qurub. Məktəb "Facebook" paylaşımında "Bir çox insanın "Facebook"da etdiyi paylaşımlarla Pattinin ailəsini tapdıq. Təəssüf edirik ki, Pattinin vəfat etdiyini öyrəndik. Pattinin 5 övladı, ailə yığıncağı üçün payızda bir araya gəldi və "Hoover" liseyindəki gənc analarının həyatına baxmaq üçün çantanı açdı" - deyə qeyd edib.
Məktəb qadının övladlarının icazəsi isə çantadan şəxsiyyət vəsiqəsi, müxtəlif klublara üzvlük vəsiqələri, bir neçə bilet, ailəsinin, dostlarının və bir itin fotoları və 9 ədəd dəmir pul çıxdığını açıqlayıb. Fotolardan birinin arxasında "Patti, möhtəşəm qıza və dosta uğurlar. Birlikdə keçirdiyimiz gözəl zamanları əsla unutma. Ümid edirəm ki, bir-birimizdən ayrı düşsək kə, hər zaman dost qala bilərik. Bonni - 56" mesajı olub.
Çantada bundan başqa 1957-ci ildə bir gənc bir qızın daşıya biləcəyi əşyalar - daraq, bəzi makiyaj və dəftərxana ləvazimatları da vardı.
,