30 Mart 2020 12:22
1 177
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kosmosa uçan ilk insan, sovet kosmonavtı Yuri Qaqarini uçuşa hazırlayan dəstənin üzvlərindən biri - həkim Adelya Kotovskaya dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, 1927-ci ildə Səmərqənddə dünyaya gələn Kotovskaya raketlə kosmosa buraxılan itlərin uçuşuna hazırlıq prosesində də iştirak edib.

O, 1957-ci il noyabrın 3-də Sputnik 2 adı altında kosmosa göndərilən R-7 raketinin sakini olan Laykanın uçuşunu təşkil edən komandanın da üzvü olub.


Müəllif: Leyla