Xaya ağrıları koronavirusun əlaməti ola bilər.
Teleqraf.com xəbər verir ki, bu qənaətə Harvard Universitetinin alimləri gəliblər.
Xaya ağrıları ilə xəstəxanaya müraciət edən 45 yaşlı kişinin koronavirus testləri pozitiv çıxıb.
Alimlər bəzi virusların kişilərdə xaya ağrılarına səbəb olduğunu bildiriblər. Taclı virusun xayalara təsiri yalnız ciddi tibbi tədqiqatlardan sonra müəyyən olunacaq.