2 May 2020 22:08
2 968
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada yaşayan azərbaycanlı milyarder Vahid Ələkbərov Bakıdakı dəbdəbəli villasını satışa çıxarıb.

Teleqraf.com xəbər verir ki, bu barədə iqtisadçı Qulu İbrahimli öz Facebook səhifəsində bildirib.

Onun sözlərinə görə, Vahid Ələkbərovun villası 15 milyon manata satılır.

"Görünür, neftin qiymətinin düşməsi LUKOIL şirkətinin prezidentini Bakıdakı əmlakını satmağa məcbur edib", - Qulu İbrahimli yazıb.

Qeyd edək ki, Vahid Ələkbərova məxsus üçmərtəbnəli villa Tbilisi prospektində 36 hektar ərazidə yerləşir. Onun ümumi sahəsi 1500 kv.m.-dir.


Müəllif: Nahid