Koronavirusa görə ləğv edilən tədbirlər sırasında İngiltərədə keçirilən ən böyük seks festivalı da yer alıb.
Teleqraf.com xəbər verir ki, “swinger” - Böyük Britaniyanın ən böyük seks festivallarından biridir.
“Swinger” (həyat yoldaşı dəyişdirmə) Aurora Lifestyle adlı seks festivalıdır. Bu il yeddincisi Vorsester şəhərində keçirilməsi planlaşdırılan festivalda iştirakçılar dörd günü birlikdə keçirəcəkdilər.
Təşkilatçılar festivalın epidemiya səbəbindən 2021-ci ilə təxirə salındığını açıqlayıb. Festival təşkilatçıları verdiyi açıqlamada bu qərarın Aurora komitəsi tərəfindən qəbul olunduğunu bəyan edib: “COVID-19 bilet satışlarına təsir etdi. Sponsorların geri çəkilmə ehtimalı da müzakirə olunurdu. Lazımi tədbirlər həyata keçirilmədiyi üçün festivalın pis təqlidini sizə təqdim etmək istəmədik. 2021-ci ildə daha böyük bir təşkilatda görüşəcəyimizə ümid edirik”.