Bir ildə üç dəfə toyunu təxirə salan Danimarkanın Baş naziri Mette Frederiksen ailə qurub.
Teleqraf.com xəbər verir ki, Mette Frederiksen kənd toyu ilə uzun müddət nişanlı olduğu Bo Tengberg ilə nikaha girib.
Yerli medianın məlumatına görə, kiçik və səmimi şəraitdə keçən toyda 90-a yaxın adam, o cümlədən keçmiş baş nazir Poul Nyrup Rasmussen də iştirak edib.
Kilsənin çıxışında çəkilən bir fotoşəkili “Instagram” hesabından paylaşan Frederiksen “Bəli” şərhinin yanına bir də ürək smayliki qoyub.