İranın Kərəc şəhərində 20 yaşlı bir qadın üçü qız, üçü oğlan olmaqla altı körpə dünyaya gətirib.
Teleqraf.com xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Körpələrin 29-cu həftədə doğulduqları, səhhətlərinin normal olduğu bildirilib. Qeysəriyyə əməliyyatı ilə dünyaya gələn körpələrin çəkisinin 900-1150 qram olduğu açıqlanıb.