25 Avqust 2020 00:54
4 511
12 Punto 14 Punto 16 Punto 18 Punto

"TikTok"-un yaradıcısı Çin şirkəti "Bytedance" bazar ertəsi ABŞ prezident administrasiyasını məhkəməyə verib.

Teleqraf.com xəbər verir ki, şirkət açıqlamasında sahibkarların məhkəmədə öz maraqlarını müdafiə etmək niyyətində olduqlarını bildirib.

"Bytedance" şirkənin sahiblarə ABŞ rəhbərliyi ilə əlaqə yaratmağa çalışıb, məsələnin həlli üçün müxtəlif variantlar təklif edib, lakin ABŞ bütün qanuni prosedurlara məhəl qoymayıb və ticarət danışıqlarına müdaxilə etməyə çalışıb.

Qeyd edək ki, Donald Trampın göstərişinə görə, "ByteDance" şirkəti ilə edilən hər hansı bir əməliyyata xitam verməsi üçün 45 gün vaxt verilir. ABŞ hakimiyyəti "TikTok" xidmətini istifadəçi məlumatlarını ÇXR orqanlarına ötürməkdə ittiham edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər