Sinqapurda “Apple” şirkətinin dənizdə şüşəli satış mərkəzi açılır.
Teleqraf.com xəbər verir ki, “Apple Marina Bay Sands” adlı satış mərkəzi Marina Bay körfəzində yerləşir və 10 dayaq üzərində bərqərar olmaqla bütövlükdə şüşədən inşa olunub.
Şüşəli gümbəzindən günəş işığının düşdüyü bu qurğunun daxili tərtibatı taxta və metaldan hazırlanıb, satış salonunda isə təbii ağaclar əkilib.
Yeni satış mərkəzi sentyabrın 10-dan fəaliyyət göstərəcək.