14 Sentyabr 2020 23:39
3 718
12 Punto 14 Punto 16 Punto 18 Punto

"YouTube" qısa videoçarxların yaradılması üçün özünün "YouTube Shorts" xidmətini istifadəyə verəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə "YouTube"un rəsmi bloqunda bildirilib.

"Biz "YouTube Shorts"un yaradılması haqqında bildirməyə şadıq - qısa videoçarxlar üçün yeni xidmət birbaşa “YouTube” platformasında", - rəsmi bloqun relizində qeyd edilir.

"YouTube" istifadəçiləri videoçarxları 15 saniyəyə qədər müddətdə bölüşə biləcəklər. Proqrama paylaşılacaq videoya musiqi əlavə etmək olacaq, istifadəçilər həmçinin bir neçə çarxı birləşdirə biləcəklər.

"Beta-versiya" əvvəlcə Hindistanda, sonra başqa ölkələrdə istifadəyə veriləcək.

Qeyd edək ki, Çin “TikTok” proqramını istifadəyə verdikdən sonra, 2019-cu ildə dünyada qısa müddətli videoçarxlar daha populyar olub.


Müəllif: Teleqraf.com