22 Sentyabr 11:09
3 691

Türkiyəli model Əbru Şancı maraqlı paylaşımı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, 37 yaşlı manken izləyicilərinin bir sualını cavablandırarkən üzünə çəkdiyi tonik marağa səbəb olub.

Əbru Şancı bu yaxınlarda dünyaya öğlan gətirib. O, üç övladı ilə fotolarını İnstaqramda tez-tez paylaşır.

"Həmişə üzümə hansı lasyon və toniklərdən vurduğumu soruşurlar. Tam səmimiyyətimlə deyəcəm, bəlkə bunu bilən var, bunu edənlər də az eyil. Öz südümü tonik kimi üzümə çəkirəm. Bəzən soyuducuya qoyuram, səhər və axşam üzümü onunla silirəm" - deyə, model bildirib.


Müəllif: Yeganə Oqtayqızı