5 Dekabr 2020 20:53
2 067

Hindistanın paytaxtı Yeni Dehlidə yaşayan 25 yaşlı Hariş Bansal tərəfindən dizayn edilmiş 165 qramdan çox çəkisi olan almaz üzük Ginnesin Rekordlar Kitabına düşüb.

Teleqraf.com xəbər verir ki, dizayner üzüyü satmağı düşünmədiyini deyib.

O bildirib ki, üzüyü dizayn etmək fikrinə iki il əvvəl gəlib: “Bu illər ərzində bir çox dizayndan imtina etdim. Hətta 12 min 638 karatlı brilliant üçün potensial alıcıların təklifini də rədd etdim. Bu bizim üçün qürur məsələsidir”.

"Marigold Welfare Ring" (Rifah üzüyü) adlandırılan bu dizayndan əvvəl, dünya rekordu yenə Hindistanda təzələnmişdi.

Daha əvvəl 7 min 801 karatlı almazlı bir üzük rekord qazanmışdı.


Müəllif: Yeganə Oqtayqızı