5 Dekabr 2020 21:08
1 994

Dünyaca məşhur İran əsilli fransalı fotoqraf Reza Deqati erməni işğalından azad edilmiş Kəlbəcər rayonundan fotolarını paylaşıb.

Teleqraf.com xəbər verir ki, o, feysbuk səhifəsində heyranedici kadrları ilə yanaşı, mətn də paylaşıb.

“Kəlbəcərin əbədi gözəlliyi. Bütün bunlar böyük sürpriz oldu. Biz Murov dağının aşırımına, 3 840 metr yüksəkliyə çatanda Kəlbəcərin nəfəs kəsən gözəlliyinə heyran qaldım. Azərbaycan əsgərlərinin varlığı mənə müharibəni və bu regionun erməni ordusu tərəfindən 30 il boyunca faciəvi şəkildə işğal altında qalmasının sona çatdığını xatırlatdı. 1993-cü ildə on minlərlə dinc sakin qaçqın düşdü. Soyuq qış günlərində onlar bu aşırımları aşmağa məcbur oldular, bir çox hallarda erməni əsgərlər onların əşyalarını, o cümlədən qadınların zinət əşyalarını və ayaqqabılarını aldılar. Sağ qalmaq üçün onlar dağı ayaqyalın keçməli oldular, bu, ölüm hökmü idi. Qaçqınların çoxu ayaqları donmuş vəziyyətdə gəldi”, - o yazıb.

R.Deqati həmçinin qeyd edib ki, bu yaxınlarda regionu Azərbaycana qaytararkən ermənilər binaları, təbii landşaftları yandırıb və məhv ediblər, heyvanları öldürüblər.

“Bu gün Murov dağında bütün bunları unutmaq və yalnız ana təbiətin əbədi gözəlliyinə baxmaq istəyirdim”, - deyə o, bu diyarın gözəlliyinə heyran qaldığını qeyd edərək fikrini yekunlaşdırıb.


Müəllif: Teleqraf.com