Teleqraf.com dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir:
Qoç - gərgin ünsürlərin və təmayüllərin təsiri nəticəsində indiyədək qapalı qalan məqamlar əyan ola bilər. Münaqişə situasiyası, münasibətlərdə gözlənilməz dönüşlər yaranır.
Buğa - yaxın ətrafınızdakı insanlarla ünsiyyəti kəskinləşdirməyin. Kompromis həllərə hazır olun. Günün ikinci yarısında səbrsiz və impulsiv davranış fəaliyyətinizin nəticələrinə pis təsir edəcək.
Əkizlər - ciddi məsələni ehtiyatla, yaxın ətrafınızdakı insanların maraqlarını nəzərə alaraq həll edin. Axşam saatlarında aktiv əyləncə və dost məclisi zamanıdır.
Xərçəng - təşəbbüslər və hisslər burulğanındakı addımlar məsləhət deyil. Günün ikinci yarısında müqavilələr imzalamaq, anlaşmalarla bağlı müzakirə aparmaq üçün əlverişli zaman deyil.
Şir - ətrafınızda baş verən hadisələri diqqətlə izləyin. Gərəkli nəticələrə gəlin. Proseslərin emosional mahiyyətini dərk etməyə çalışın. Gün stabil olmayacaq.
Qız - mürəkkəb intellektual məsələlərin həlli, yarımçıq işlərin başa çatdırılması, qayda yaradılması üçün əlverişlidir. Simvolik proseslərdə xeyir ola bilər. Yaranan imkanları əldən verməyin.
Tərəzi - konkret planlarınız varsa, görüşlər perspektivlidir. Şəxsi münasibətlərdə təşəbbüslər üçün yaxşı gün deyil. Məsafə saxlayın, münasibətləri aydınlaşdırmağa çalışmayın.
Əqrəb - hələlik isə cari işlərlə məşğul olun, ünsiyyəti minimuma endirin. Mühüm olayın aktiv iştirakçısı olmaq fikrindən vaz keçin. Prioritetlərin dəyişməsi, yeni məşğuliyyətlər arayışı istisna deyil. Tələsməyin, əlavə məlumat arayın.
Oxatan - həddən artıq intensiv çalışmağa ehtiyac yoxdur. Tələsik işin nəticəsi pis olacaq. Günün ikinci yarısında gələn həftə ilə bağlı planlar qurmaq olar.
Oğlaq - çətinliklərə rəğmən iradəli və təmkinli olun. Qüvvələrinizi qoruyun. İşlər öz axarındadır. Onlara, sadəcə, dürüst yön verin.
Dolça - yalnız səhvlərin nəticələrinin aradan qaldırılmasında təşəbbüskar olun. Münaqişələri yoluna qoymağa çalışın. Gərginliyin artdığı situasiyalarda neytral, təmkinli olun. Axşam saatlarında maliyyə məsələlərini müzakirə etmək olar.
Balıqlar - hadisələr əvvəlcədən hazırlanmış plan üzrə inkişaf etmir. Proseslərdə səhihliyi yəqin etməyincə konkret addım atmayın. Özü hərəkət etməyən olaya maneə yaratmayın. Qəfil üstünlükləri aşkarlayaraq irəliləyin.//Milli.az