Rusiya kəşfiyyatının gizli bir bölməsi bəşəriyyəti məhv edə biləcək kimyəvi silah üzərində işləyir. Bunun nümunələrinə son illərdə rast gəlindiyini söyləyən mütəxəssislər Rusiyanın bütün dünya üçün təhlükə yarada biləcək bir addım atmağın astanasında olduğu qənaətindədirlər.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Mirror” qəzeti yazıb.
Koronavirus pandemiyadan daha ciddi bir təhlükənin qapıda olduğunu xəbərdar edən mütəxəssislərin fikrincə, Rusiyanın bu addımı atmasının qarşısı mütləq alınmalıdır.
Mütəxəssislər Rusiyanın bir layihə çərçivəsində ölümcül Ebola virusunu ölümcül bir bioloji silah kimi istifadə edəcəyindən qorxurlar. Nəşr “Toledo” adlı layihənin Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) 68240 bölməsi tərəfindən həyata keçirildiyini yazıb. İddiaya görə, bu xəstəliklər orqan çatışmazlığına və ağır daxili qanaxmalara səbəb olur.
İngilis kəşfiyyatı Moskvanın xəstəlikləri araşdırmaqla yanaşı, “Toledo” proqramı vasitəsi ilə bu xəstəliyi silah olaraq necə istifadə edə biləcəklərini araşdıracağından qorxur.
Toledo, İspaniyada vəba nəticəsində viran qoyulmuş bir şəhərdir. Nəşr bu virusun “nadir və ölümcül” patogenləri araşdıran Rusiya Müdafiə Nazirliyinin 48-ci Mərkəzi Tədqiqat İnstitutunun gizli bir bölməsi tərəfidən kəşf olunduğunu bildirib.
Məlumata görə, ABŞ “bioloji silahlar üçün araşdırma aparma ehtimalı” səbəbiylə bu quruma sanksiya tətbiq edib.