"Telegram" mesencerinin istifadəçiləri xidmətin işində nasazlıqlarla üzləşiblər.
Teleqraf.com-un məlumatına görə, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.
Məlumata əsasən, "Telegram"ın işində texniki nasazlıqlar əsasən Rusiya, Ukrayna, Belarus, Bolqarıstan və ABŞ-da müşahidə edilib.
İstifadəçilərin təxminən 83 faizi serverə qoşulmaqda, 16 faizi isə ismarıcların göndərilməsində çətinliklə üzləşib.